Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2018

Rusiya: İŞİD yalnız Amerikanın nəzarətində olan ərazilərdə fəaliyyət göstərir

“Sputnik”-in verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Ceyms Mattis çərşənbə günü deyib ki, Suriya prezidenti Bəşər Əsər Rusiya və İranın köməyi ilə öz xalqına faciə yaşadıb.
Onun sözlərinə münasibət bildirən Rusiya Müdafiə Nazirliynin mətbuat katibi general İqor Konaşenkov şənbə günü deyib: “Suriya Ərəb Respublikasının hal-hazırkı durumunu bilmək üçün Pentaqon rəhbərinə təklif edirəm ki, bu ölkənin xəritəsinə diqqətlə baxsın. Suriyada İŞİD terrorçularının qalıqları yalnız Amerikanın nəzarəti altında olan məntəqələrdə fəaldır.”
Mətbuat katibi vurğulayıb ki, Rusiya Mettisin sözlərindən heyrətə gəlib. Çünki Suriyada İŞİD terrorçu qrupunun genişlənməsi Amerika və beynəlxalq koalisiyanın cinayətkar qəfləti üzündən baş vermişdir.
İ. Konaşenkov əlavə edib: “Bütün bu müddət ərzində Vaşinqton Suriyada qondarma müxalifəti birbaşa olaraq milyonlar dollar həcmində silah və maddi yardımlarla təmin edib. Amma Amerikanın silahları həqiqətdə Vaşinqton kimi Suriya hökumətinə qarşı olan Cəbhətün-Nüsrə və İŞİD terror qruplarına çatdırılıb.”


128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP