Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Makron Trampı G7-dən qovmaqla təhdid edib: “Bizim üçün problem yoxdur”

Dünən Kanadada “Böyük Yeddilik” ölkələrinin sammiti öz işinə başlayıb. Dünyanın ən böyük iqtisadiyyatına malik yeddi ölkəsindən ibarət olan “G7” qrupunun liderlər zirvəsinə Kanada ev sahibliyi edib.

İki gün davam edən 44-cü G7 liderlər zirvəsi Kanadanın Quebec ştatının Charlevoix qəsəbəsində keçirilib. Əlavə olaraq onu da bildirək ki, Avropa Birliyi də “G7”-də təmsil olunub.
Zirvə toplantısının ilk görüşündə Fransanın prezidenti E.Makron Donald Trampı “G7”-dən qovmaq ilə təhdid edib.

Emmanuel Makron bu hərəkəti ilə zirvə toplantısına damğa vurub. İlk görüşmələr Tramp üçün ürəkaçan olmayıb. Makron ilə yanaşı, digər “G7” üzvləri də bir neçə mövzu ilə bağlı Trampa xəbərdarlıq ediblər.

Zirvə toplantısının detalları barədə mediaya açıqlama verən ABŞ prezidenti Makron ilə aralarındakı gərginliyin normal olduğunu vurğulayıb: “Biz uğurlu bir toplantı keçirdik. Makron mənim həmkarımdır. Bundan əlavə bizim dostluq münasibətlərimiz də var”./musavat/


185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP