Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Yaponiyada ABŞ qırıcısı qəzaya uğradı - Heyət xilas edildi

Yaponiyanın Okinava vilayətinin sahillərində qəzaya uğrayıb dənizə düşmüş ABŞ HHQ-nin F-15 qırıcı təyyarəsinin heyəti Yaponiya müdafiə qüvvələri tərəfindən xilas edilib.

Tərkib sayı dəqiq bəlli olmayan qırıcının heyəti təyyarəni tərk etməyə nail olub və yapon müdafiə qüvvələri tərəfindən xilas edilib.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında ABŞ HHQ-nə məxsus Okinavada yerləşən Kadena hərbi bazasının F-15 qırıcısı Naxa şəhərindən 80 kilometr aralıqda dənizə düşüb. İlkin məlumata əsasən qəza təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib.


286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP