Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Yəmən ordusu daha bir bölgəni Ərəbistanın işğalından azad edib

Yəmən hərbi mənbələrindən birinin verdiyi xəbərə görə, ordu və xalq komitələri qüvvələri Əl-Hudəydə əyalətində Beytül-fəqih şəhərinin Suqul-Cah və Əl-Cahul-əsfəl məntəqələrini Əl-Cah kəsişməsi ilə birlikdə düşmənin işğalından azad ediblər.
Mənbə həmçinin bildirib ki, təcavüzkar düşmən qüvvələri ağır təlafat verdikdən sonra Əl-Cah şəhərindən geri çəkilib və bu şəhər Yəmən qüvvələrinin nəzarətinə altına keçib.
Yəmənin “Əl-Mutabiat” saytının verdiyi xəbərə görə, ordu qüvvələri hərbi plan həyata keçirməklə, Əl-Şəb məntəqəsi yaxınlığında işğalçı qüvvələri pusquya salıb və düşmən çoxlu itki verib.
Habelə, dünən Ənsarullah və ordu qüvvələri Əl-Hudəydə əyalətində Ət-Taif və onun ətrafında olan digər məntəqələri Ərəbistanın işğalından azad edib.
Yəmənin rəsmi “Səba” saytının bu gün (bazar ertəsi) verdiyi xəbərə görə, ötən 4 gün müddətində Yəmənin qərb sahilində və Əl-Hudəydə əyalətində Ərəbistana bağlı 418 muzdur öldürülüb və 322 nəfər yaralanıb.


76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.18, 09:54
Şirvanda qətl törədilib
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
Go to TOP