Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Ərəbistan 135 pakistanlının cəsədini təhvil verib

Ərəbistan ötən il Munada həlak olmuş 135 nəfərin cəsədini Pakistana təhvil verib.
“Jahan News”-in verdiyi xəbərə görə, Ərəbistan ötən il Mina hadisəsində həlak olmuş, yaxud bu ölkədə edam olmuş 135 nəfər pakistanlının cəsədini Pakistana təhvil verib. Mina hadisəsində həlak olanlar bir ildən çox idi ki, Ərəbistanın morqlarında saxlanılırdı, hətta ailələri onların itkin düşdüyünü güman edirdilər.
Ərəbistanda 410 nəfər pakistanlının cəsədi vardır, amma Ərəbistan yalnız onların bir hissəsini Pakistana təhvil verib. Ərəbistanın qanunlarına uyğun olaraq tibbi ekspertizadan sonra meyit aidiyyatı ölkəyə təhvil verilməli olmasına baxmayaraq, nədənsə Pakistan vətəndaşlarının meyitləri ölkəsinə təhvil verilməsi bir ildən çox çəkmişdir və çoxu da hələ təhvil verilməyib. Ərəbistan tərəfi bunun səbəblərini də açıqlamayıb. Pakistan xalqı Ərəbistanın bu hərəkətinə qarşı etiraz aksiyası keçirib, cəsədlərin təhvil verilməməsini meyitə hörmətsizlik adlandırıb və bu işin İslamda qadağan olduğunu xatırladıblar.


129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP