Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2018

Qətər Beynəlxalq Ədalət Məhkəməsinə üz tutdu

Rəsmi Doha Qətəri blokada vəziyyətinə saldığı üçün Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) barəsində Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə müraciə edib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Lulve Raşid el-Hatır özünün Tvitter hesabında məlumat verib.

BƏƏ məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Maldiv 5 iyun 2017-ci il tarixindən Qətərlə diplomatik münasibətlərini dayandırıb.


119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP