Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2018

“Bu ölkədə xəstəliklərin müalicəsi də inhisara alınıb...”- 7 cümlədə 7 dərd

“…Allah xatirinə, heç olmasa, bircə ay yalnız rüşvətdən oruc tutun…”

Urra!..Dünyanın ağlını başından alan iki ən ağıllısı görüşdü: Tramp və Kim Çen; Allah, Sən Özün ağlımıza, abrımıza muğayat ol…

***

Kiçik oğurluq - cinayətdir, böyük oğurluq -siyasət; bu kəlamın açması haqda geniş yazı yazacağıq, inşallah- izləyin...

***

Mozambik sakinləri daldada, mikrofon, kamera arxasında biri-birinə deyir: “İynə-sapdan, düymədən, diş çöpündən, kartofdan, xiyardan, banandan tutmuş ulaq, inək, avtomobil, gəmi və təyyarəyədək hər şeyin alış-verişinin, idxal-ixracının inhisara alındığı bu ölkədə artıq xəstəliklərin müalicəsi də inhisara alınıb; can üstdə olan xəstəyə baxan bir həkim deyib ki, bunun müalicəsini bilirik, amma onu yalnız filan nazirin bacısının icra etmək hüququ var…”

***

Korrupsionerlərin, rüşvətxorların ağsaqqalı, ulu babası Dədə Manqurtun gələcək nəsillərə baş vəsiyyəti belə olub:” Balalarım, beşikdən məzaradək rüşvət alın...”

***

Günün şüarı: “Ar olsun yerlərdəki cılız məmurlara: öz rüşvətxorluqları, dələduzluqları, xalqa qarşı zülmkar münasibətləri ilə iri, sanballı məmurların da adını batırırlar...”

***

30 ilə yaxındır ki, Qarabağı işğal edənlərin kimliyini əzbərləmişik, amma Bakıda binaların həyətini zəbt etdirənlərin, Xəzəri hasara aldıranların kimliyini “bilmirik”...

***

Ramazan ayında gecikmiş xalq çağırışı:”Ay rüşvətxor məmurlar, biz Ramazanda sizin əvəzinizə ac qalarıq, siz daşdan yumşaq nə varsa, doyunca tıxın, yeyin-için,amma Allah xatirinə, heç olmasa, bircə ay yalnız rüşvətdən, korrupsiyadan oruc tutun...”

Sultan Laçın


204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP