Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2018

Suriya dövləti ABŞ-dan Təhlükəsizlik Şurasına şikayət etdi

Suriya Xarici İşlər Nazirliyi Amerikadan BMT-yə və Təhlükəsizlik Şurasına şikayət edib. Suriya xarici işlər naziri iki ayrı-ayrı məktub vasitəsilə Amerikanın qeyri-qanuni koalisiyasının Həsəkə əyalətinin Təlluş-Şayir bölgəsində xəstəxananı bombalaması və bu hadisədə bir ailənin 12 nəfərin həlak olması ilə bağlı bu koalisiya əleyhinə şikayət edib.
Suriya dövlətinin rəsmi “SANA” saytının verdiyi xəbərə görə, xarici işlər nazirliyinin şikayət məktubunda deyilir: “Çirkin əməllər törədən bu koalisiyanın həqiqi və cinayətkar siması bütün dünya xalqlarına bəllidir. Öz qırıcılarının hücumunu ört-basdır etmək üçün bütün səylərini göstərən bu koalisiyanın hərəkətləri ifşa olmuşdur. Bu hücumlar heç bir dəlil olmadan İŞİD-in terror əməliyyatlarından qaçan qadınlara, uşaqlara, köçkünlərə və dinc əhaliyə qarşı yönəlmişdir. Onlar İŞİD-in əlindən qaçıb Amerika qırıcılarının vəhşi hücumu ilə qarşılaşıblar.”
Suriya XİN-i vurğulayıb ki, Amerikanın Suriya xalqı əleyhinə qeyri-insani cinayətləri, terrorizmi dəstəkləməsi, Suriyada öz separatçılıq məqsədlərini həyata keçirmək üçün terrorçulardan və yaraqlılardan istifadə etməsi davam edir. Bütün bunlar BMT və TŞ-nın beynəlxalq qanunları və bu təşkilatın nizamnamə qanun-qaydalarını həyata keçirməsində göstərdiyi zəiflik və süstlük üzündən baş verir.
Qeyd edək ki, Suriya televiziyasının verdiyi xəbərə görə, ABŞ qırıcılarının Həsəkədə bir məktəbə hücumu nəticəsində 18 nəfər həlak olub.


116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP