Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2018

Gədəbəydə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir

Gədəbəy rayonunda yol kənarında meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal olunur.

Reportun məlumatına görə, Daşkəsən rayonunda qeydiyyatda olan və Əttəpə kəndi ərazisində yaşayan Bədəlov Emin Kamal oğlu bir müddət əvvəl axşam saatlarında, naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bayıra çağırılıb və məlum olmayan istiqamətdə aparılıb.

Həyat yoldaşının sözlərinə görə, o, ərindən bir xəbər olmadığını görüb, polisə məlumat verib. Faktla bağlı aparılan axtarışlar nəticəsində bu gün Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çaylax adlı ərazidə, çayın içində onun meyiti tapılıb. Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb.

E.Bədəlovun 2 uşaq atası olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisənin kim və ya kimlər tərəfindən, hansı şaraitdə törədildiyi araşdırılır.


169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP