Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2018

Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı

Bəyanatda deyilir:

“Son günlər mətbuatda dolaşan xəbərlər Azərbaycan vətəndaşları olaraq bizləri də narahat etməyə bilmir. Gəncə Şəhəri İcra Başçısı Elmar Vəliyev və onun cangüdəninə qarşı silahlı hücum narahatlıq doğuran haldır. Bununla yanaşı İcra Başcısına sui qəsd bir çox məqamlara diqqəti çəkir. Vətəndaş məmur münasibətlərindəki boşluq, kobud rəftar və alçaldıcı rəftar sonunda arzulanmayan bir vəziyyəti sərgiləyib və bu bizdə təəssüf hissi doğurur. Biz Müsəlman Birliyi Hərəkatı olaraq zorakılıq və qarşıdurmanın hər bir halını pisləyir və bunu qəbulolunmaz hesab edirik.
Bu gün mətbudatda DİN, RP və DTX yaydıqları məlumatda İcra başçısına sui-qəsddə adı çəkilən Yunis Səfərovun yaxınlarının Rusiyadan guya Müsəlman Birliyi Hərəkatının adından müraciət edəcəyi xəbəri, eyni halda guya Yunis Səfərovun Tale Bağırzadənin üç uşağını atasız qoyduğu şəxsdən qisas aldığı xəbərinin yayılacağı ilə bağlı xəbər yer alıb. Biz Müsəlman Birliyi Hərəkatı olaraq birmənalı şәkildә bu xəbəri təkzib edir və bildiririk ki, Hərəkatın Yunis Səfərovla hər hansı əlaqəsi yoxdur. Biz bir daha bu hadisənin Hərəkatla əlaqəsini təkzib edir və bunun Müsəlman Birliyi Hərəkatına bağlanılmasını təxribat hesab edirik.”

Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti.

06 İyul 2018-ci il.


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.07.18, 07:52
Balıq yeyin
Go to TOP