Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2018

Moskva Dərada terrorçuların atəşkəsə razılıq verdiyini təsdiq edib

“Rasha Today” televiziya kanalının verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Suriyanın Dəra əyalətində terror qruplarının başçıları ilə atəşkəs barədə razılıq əldə olunub.

MN-nin bəyanatında deyilir: “Rusiyanın Suriyada atəşkəsə nəzarət mərkəzinin vasitəçiliyi ilə izlənilən müzakirələrdən sonra bəzi məsələlərdə razılaşma əldə olunub.
Bu razılaşma atəşkəs və Dəranın bütün qəsəbələrdə terrorçuların əlində olan ağır və orta ağır silahlar ordu qüvvələrinə təhvil verilməsinin başlanmasına aid olur.”
Bəyanatda vurğulanır ki, hər iki tərəf silahlı qrupların yerbəyer olması, bu məntəqədə qalmağı istəməyən qrupların ailələri ilə birlikdə İdlib əyalətinə göndərilməsi, İordaniya sərhədlərinə qaçmış suriyalı köçkünlərin öz evlərinə dönməsi barədə razılıq əldə olunub.


181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP