Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

Amerikalı iş adamı Laçın şəhərinin ən uca yerində xaç abidəsi ucaltdı... - FOTOLAR

Amerikada yaradılmış və qeydiyyatdan keçmiş “Ayrenaser” (“Vətənpərvər”) şirkətinin hazırda Azərbaycanın işğal altındakı Laçın şəhərndə yaşayan və fəaliyyət göstərən təsisçisi və rəhbəri erməni əsilli amerikalı iş adamı Stepan Sarqsyan və onun xanımı Nelli Martirosyanın Laçın, Qubadlı və Zəngilan rayonlarında (xatırladaq ki, separatçı rejim bu 3 bölgəmizi “Kaşataq” adlı “rayon”da birləşdirib) gördükləri qanunsuz xeyriyyə işləri haqda dəfələrlə  məlumat verib. 

Sosial şəbəkədə  paylaşdıqları məlumat və fotolardan bəlli olur ki,  bu dəfə ABŞ şirkətinin rəhbəri Laçın şəhərinin ən hündür  görməli yerində- sovet dövründə 1941-1945-ci il “Vətən” müharibəsində həlak olmuş laçınlıların xatirəsinə ucaldılmış, indi isə Laçının işğalı zamanı gəbərmiş ermənilərin xatirə məkanına çevrilmiş abidənin yaxınlığında yeni xaç abidəsi ucaltdırıb. Ermənilərin “xaçkar” adlandırdıqları belə daşlar işğal altındakı digər bölgələrimiz kimi Laçının da bir çox yerlərində qoyulub. Stepan Sarqsyan xanımı və qızı ilə birgə xaçkarın yanında şəkil çəkdirib. 


Xatırladaq ki, amerikalı erməni şirkət sahibi öz qızının adını Şuşanın şərəfinə Şuşi qoyub... Jurnalistlərin Amerikanın müasir və rahat şəraitindən ayrılıb bu dağlıq əraziyə necə uyğunlaşdıqları haqda sualına cavab olaraq erməni biznesmen bildirib ki, o və xanımı Nelli bütün bu çətinliklərə “böyük vətən” və “Artsax”ın inkişafı naminə dözürlər.../moderator/



248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP