Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

Kürdlər Həsəkə neftini Suriya dövlətinə verdi

Suriyanın “Əl-Vətən” qəzetinin kürd mənbələrinə istinadla verdiyi xəbərə görə, Kürd Xalq Özünü Müdafiə Komitələri və Suriya dövləti arasında Həsəkə əyalətində neft təsisatlarının dövlət tərəfindən idarə olunması və neft satışının dövlətin öhdəsinə olması ilə bağlı razılıq əldə olunub.
Qəzet əlavə edib: “Suriya dövlət rəsmilərindən ibarət heyət son günlərdə Qamışlı, Həsəkə, Rəqqə, Ət-Təbəqə və Əş-Şəddad şəhərlərində olublar və Kürd Xalq Özünü Müdafiəsi Komitələri rəhbərləri ilə görüşüb.”
Müxalif mənbələrin verdiyi xəbərlərə görə, su anbarlarının qorunması sahəsində mütəxəssislərdən ibarət bir komitə Dəməşqdən Ət-Təbəqə şəhərinə gəlib və su anbarlarının idarəçiliyi ilə bağlı kürd komitələri ilə görüşüb. Dövlət komitəsinin Menbic şəhərindəki Təşrin su anabarına da getməsi gözlənilir.


180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP