Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

Özilin atasından almanlara etiraz: Yerində olsam…

Mən Məsudun yerində olsam, milli komandadan ayrılardım. Mən onun yerində olsam, “bəsdi bu qədər” deyərdim. Əlbəttə öz qərarını özü verəcək.

Bu sözləri Almaniya millisinin türk əsilli futbolçusu Məsud Özilin atası Mustafa Özil alman mətbuatına açıqlamasında deyib.

“Bu Məsudun cənab Ərdoğanla ilk fotosu deyildi. Mən bilirəm ki, o, bu foto ilə siyasi mesaj və ya bənzər bir şey verməyib. Məsud utancaq biridir. Ərdoğan kimi biri onu dəvət edəndə, necə gətməyə bilər? Bunu ayıb olaraq görər, bu onun yanaşma tərzidir. Onun Angela Merkellə də fotoları var. Məsud futbolçudur. O, futbol oynamaq istəyir və siyasətlik işi yoxdur”, - Özil bildirib.

Xatırladaq ki, Almaniya millisinin türk əsilli futbolçuları Məsud Özil və İlkay Gündoğanın Ərdoğanla şəkil çəkdirməsi Almaniyada birmənalı qarşılanmamışdı.


185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP