Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2018

İŞİD-in əsas bazası məhv edildi – 150 ölü

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda “Tolo News” telekanalı bildirib.

İŞİD-in dayaq məntəqəsi Nanqarhar əyalətinin Haska Mina bölgəsinin Qorqori kəndində yerləşirdi. Əfqan hərbçilərinin məlumatına görə, əməliyyat 10 gün əvvəl başlanmışdı. Əməliyyatda iştirak edən xarici güclər bazaya aviaazərbələr endiriblər.

İndiyə kimi İŞİD-in 150 döyüşçüsü məhv edilib. Terrorçular paytaxt Kabil və ölkənin başqa şəhərlərində terror aktları həyata keçirməyi planlaşdırdılar.


219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP