Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2018

Suriya ordusu Dərada terrorçuları mühasirəyə aldı

Suriyanın cənub bölgəsindən verilən son xəbərlərə görə, ordu qüvvələri Dəra əyalətində terrorçu qruplara ağır zərbələr vurub və Dəra əyalətinin şimal-şərq, şərq, cənub-şərq və cənubunda 72 faiz ərazini terrorçulardan təmizləyərək, bu bölgələrdə nəzarəti ələ alıb.
Suriya ordusu ötən 24 saat müddətində Təyyibə, Umm əl-Məyazin və Nəsib rayonlarını kimi strateji məntəqələri terrorçulardan geri alıb. Bu rayonların terrorçu qruplardan azad olunması ilə 6 il işğaldan sonra Dəməşq-Amman beynəlxalq magistral yolun təhlükəsizliyi ordu qüvvələri tərəfindən təmin edilib. Hazırda bu ərazilərdə minaların zərərsizləşdirilməsi əməliyyatları aparılır ki, Suriya və İordaniya arasında əlaqə yolu yenidən açılsın.
Ordu qüvvələri Dəranın qərbində hava müdafiə bazasını geri almaq üçün çox həssas bir əməliyyat həyata keçirdi və bir neçə saad davam edən şiddətli döyüşlərdən sonra bazanı terrorçulardan təmizləyərək orada özünü möhkəmləndirdi. Bu bazanın azad edilməsi ilə Dərada yerləşən bütün terror qrupları heç bir çıxışı olmayan mühasirəyə düşdü.
Ordu qüvvələrinin İordaniya ilə sərhəd bölgələri ələ keçirdiyindən hal-hazırda İordaniya sərhədləri də Dərada yerləşən terrorçular üçün bağlıdır.


200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP