Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2018

Yaponiyada leysan yağışları qurbanlarının sayı 140 nəfərə çatıb

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

TASS agentliyinin verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara 75 min nəfər cəlb edilib.

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır./apa/


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.07.18, 07:52
Balıq yeyin
Go to TOP