Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2018

Metroda 27 yaşlı gənc özünü qatarın altına atdı

Metro polisinin iştirakı ilə gənc xəstəxanaya göndərilib
Bakı metrosunda 27 yaşlı gənc özünü qatarın altına atıb. Bu barədə hadisə şahidləri məlumat verib.

Şahidlərin sözlərinə görə, hadisə metronun Əhmədli stansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Onun sözlərinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Nuriyev Daşqın oğlu özünü qatarın altına atıb.

“Dərhal təlimat qaydalarına uyğun olaraq qatarların hərəkəti dayandırılıb. Metro polisinin iştirakı ilə gənc oğlan relslərin üzərindən çıxarılıb və xəstəxanaya göndərilib”, - deyə Bəxtiyar Məmmədov qeyd edib./neal/


369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP