Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2018

Makron Merkeli müdafiə etdi, Tramp isə tələbini irəli sürüb sammiti tərk etdi

Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkeli müdafiə edib.

“Röyter” xəbər verir ki, Makronun Trampla görüşü zamanı Almaniyanın Rusiyadan asılı olmadığını deyib.

Brüssel sammitində Trampa qarşı digər açıqlama ilə Bolqarıstan Prezidenti Rumen Radev çıxış edib. Onun sözlərinə görə, Tramp NATO ölkələrindən müdafiə xərclərini daha çox artırmasını istəyir:

“Suallar cavablardan çoxdur. Tramp bizdən müdafiə xərclərimizi ümumdaxili məhsulun 2% həcminə çatdırılması yerinə 4%-ə çatdırılmasını tələb etdi. Bunu sammitdə elan etdikdən sonra o, görüşü tərk etdi”.

Qeyd edək ki, Tramp dünən Brüssel sammitindən öncə Merkeli Rusiyadan asılı olmaqda ittiham edib. O, Almaniyanın milyardlarla dolları Rusiyaya ödədiyini, əvəzində ABŞ-dan pulsuz hərbi dəstək aldığını deyib.


176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP