Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2018

Dərada terrorçular 11 tankı Suriya ordusuna təhvil verdi

Rusiyanın Suriyada yerləşən sülh mərkəzi bildirib ki, terrorçu ünsürlər 11 tank və müxtəlif növ silahlarını Suriya ordusuna təhvil verib.
Mərkəzin rəhbəri Aleksandr Tsikanov vurğulayıb: “Son 24 saat ərzində silahlı qüvvələr 11 ədəd tank, 5 ədəd hərbi avtomobil, 5 ədəd mərmi, 55 ədəd avtomat silah, 3 ədəd hava hücumuna qarşı top, 14 ədəd Amerika istehsalı olan tank əleyhinə raket və çoxlu sayda yüngül silahları Suriya ordusuna təhvil veriblər. Hal-hazırda Rusiyanın hərbi polisi Suriyanın cənubunda terrorçuların bu məntəqədən köçürülməsi ilə bağlı yolları araşdırır.”
Sülh mərkəzi həmçinin qeyd edib ki, hərbi polis min nəfər terrorçunu öz ailələri ilə birlikdə Suriyanın cənubundan başqa bölgəyə köçürəcək.
Suriyanın cənubunda indiyədək 90 şəhər və kənd atəşkəsə qoşulub. Onlardan 75-i Dəra əyalətində, 15-i isə Suveydə əyalətindədir.


180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP