Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2018

ABŞ-ın unudulmaz cinayəti - Xirosimanın bombalanmasından 73 il ötür

Bu gün Yaponiyanın Xirosima şəhərinə ABŞ tərəfindən atom bombası atılmasından 73 il ötür.

Şəhərin “Sülh Parkı”nda toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15 – red.) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.

Hadisə nəticəsində təxminən 140 mindən insan həlak olmuşdu.

Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, ölkəsi müharibə dövründə atom bombardmanına məruz qalan tək dövlət olaraq nüvə silahı olmayan bir dünya üçün yorulmadan çalışmalıdır. Onun sözlərinə görə, Yaponiya bundan sonra da üç qeyri-nüvə prinsipinə tərəfdar olacaq: istehsal etməmək, malik olmamaq və öz ərazisinə nüvə silahını idxal etməmək.

“Sülh Parkı”nda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin müraciəti oxunub.

Xirosima meri Kadzumi Masui “Slüh Bəyannaməsi” ilə çıxış etdi. O vurğuladı ki, dünyada 12 mindən yuxarı nüvə hərbi yükü toplanıb və Xirosimaya bənzər faciə təsadüfi, yaxud da qəsdən təkrarlana bilər.

“Əgər insanlar tarixi unudacaqlarsa, dəhşətli səhv təkrarlana bilər, - meri deyib.


68 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP