Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2018

Moskvanın "silah baronu"nun oğlu özünü güllələdi

Məşhur Rusiya sahibkarı Mixail Xubutiyanın 26 yaşlı oğlu Nikolozu başından güllələnmiş halda tapıblar.

Onu mənzilində qulluqçu aşkar edib. Amma təcili yardım gələnə qədər o, ölüb.

Teleqram-kanal-112 bildirir ki, mərhum intihardan əvvəl heç bir vida məktubu qoymayıb.

Qeyd olunur ki, Mixail Xubutiya özü hal-hazırda Sen-Tropada istirahətdədir.

Xatırladaq ki, Mixail Xubutiya məşhur biznesmen və ictimai xadimdir, Rusiyadakı Gürcü İttifaqının yaradıcısı və Vahid Rusiya Partiyasının üzvüdür. O, həmçinin Moskvanın mərkəzindəki "Qostinnıy dvor”un və “Kolçuqa” silah mağazaları şəbəkəsinin şərikidir.


66 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP