Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2018

Blatterdən DÇ ilə bağlı şok etiraf: Saxtakarlıq edildi

FİFA-nın eks-prezidenti Jozef Blatter 2022-ci ildəki futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı saxtakarlıq edildiyini bildirib.

Bu etiraf Blatterin yeni dərc edilən kitabında yer alıb. Onun sözlərinə görə, ev sahibinin müəyyən edilməsi üçün təşkil edilən komissiya Qətərin dünya çempionatı üçün lazımi şəraiti təşkil edə bilməyəcəyi haqqında verilən konsultasiyaların heç birini diqqətə almayıb. O, Qətərin UEFA-nın keçmiş prezidenti Mişel Platininin təzyiqi ilə bu hüququ əldə etdiyini bildirib.

Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək.


87 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP