Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Maduroya sui-qəsdin icraçıları bəlli oldu

Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.

Report xəbər verir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.

Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.

2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.

"Nikolas, mən Yendriyəm, mənə kömək et",- deyə kişi qışqırıb.

Sançes bu hərəkətinə görə təqribən 1,5 il müddətinə azadlıqdan məhrum edilib.


98 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP