Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Medvedev: “Nüvə silahları Rusiyaya tuşlanıb”

NATO-nun genişlənməsi Moskvanın narahatlığına səbəb olur, çünki ittifaqın hərbi imkanları, həmçinin nüvə silahı Rusiyaya tuşlanıb.

Bu haqda Rusiyanın baş naziri Dmitri Medvedev “Kommersant” nəşrinə müsahibəsində bildirib.

“İndiki halda yalnız strateji nüvə güclərindən deyil, həm də taktik nüvə silahından söhbət gedir. Taktik nüvə silahları Rusiyanın sərhədlərinə yaxınlaşanda strateji nüvə silahının keyfiyyətini əldə edir”, - baş nazir deyib.

Onun sözlərinə görə, NATO ölkələri Rusiyaya potensial rəqib kimi baxmağa davam edirlər.

“NATO-nun genişlənilməsi sözsüz ki, Rusiya üçün təhdididir. Və bu, sözsüz çağırışdır”, - Medvedev yekunlaşdırıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşardı. Rusiya lideri qeyd edib ki, Şimali Atlantik İttifaqı bu ölkələrlə genişlənmə olmadan da işləyə bilər. O əlavə edib ki, ittifaqın Rusiya sərhədlərinə doğru genişlənməsi milli təhlükəsizlik üçün birbaşa təhdid təşkil edir.


71 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP