Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Qarnından çıxanı görənlər gözlərinə inana bilmir - Foto

Türkiyədə 3 il əvvəl doğuş üçün xəstəxanaya gedən 38 yaşlı qadının qısa müddət sonra dözülməz ağrıları başlayıb.

Qadın sonunda əməliyyat masasına uzanıb və elə bir həqiqət ortaya çıxıb ki, hamı çaşqınlıq içində qalıb.

Qeysəriyyə kəsiyi üsulu ilə uşaq dünyaya gətirən qadın yaşadığı ağrılar səbəbi ilə həkimə müraciət edib və həkimlər ağrının normal olduğunu deyib qadını evinə göndəriblər.

Təxminən 3 il ərzində ağrıları daha da artan və vəziyyəti pisləşən qadın başqa bir xəstəxanaya gedəndə böyük bir şok yaşayıb. Çəkilən rentgen nəticəsində bətnində "kista" olduğu bildirilən qadının dərhal əməliyyat olunmasına qərar verilib. Aparılan əməliyyatda qadının bətnində doğuş zamanı unudulan bir banka dolusu qazlı bez olduğu ortaya çıxıb.

Bundan sonra xəstənin ailəsi qadının əməliyyat olduğu xəstəxanadan şikayətçi olublar və əməliyyatı həyata keçirən həkim haqqında istintaq başladılıb.





70 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP