Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Mehdiabadda gənc oğlan yol kənarında bıçaqlandı

Abşeron rayonunun Mehdiabad qəsəbəsində dava zamanı 1 nəfər xəsarət alıb.

1991-ci il təvəllüdlü Xanbabayev Coşqun Nazir oğlu Digah qəsəbəsinə gedən yolda tanışı ilə hələlik bilinməyən səbəblərdən mübahisə edib.

Adı və soyadı açıqlanmayan şəxs C.Xanbabayevin döş qəfəsinə bir bıçaq zərbəsi vurub. C.Xanbabayev ağır xəsarət aldığından çoxlu qan itirib.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin cinayət əməlindən sonra ərazini tərk etdiyi bildirilir./report/


59 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP