Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2018

Avropa ABŞ-a qarşı: Əlimizdən gələni edəcəyik...

Avropa Birliyi Avropa şirkətlərinin İranla iş əlaqələrini genişləndirməsini alqışlayır.

Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.

“Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, Tehran nüvə razılaşması çərçivəsində qalsın və İran xalqı razılaşmadan iqtisadi faydalarını götürsün. Kiçik və orta ölçülü şirkətlərin İranla biznes əlaqələrini genişləndirməsini alqışlayırıq”, - Moqerini bildirib.

Qeyd edək ki, AB-nin Avropa şirkətlərinin ABŞ sanksiyalarından qorunması haqqında qərarı bu gündən etibarən qüvvəyə minib.


73 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP