Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2018

Prezident çirkaba bulaşan polislərə səsləndi: "Sizi öldürəcəm"

Azərbaycanda bu işi görmək istəsələr, gərək qətliam törənsin...

Filippin prezidenti Rodrigo Duterte cinayətə bulaşan polisləri öldürtdürəcəyini bildirib.

Duterte Prezident Sarayında müxtəlif cinayətlərə bulaşdığı iddia olunan 102 polislə görüşü zamanı "təkrar xətaya yol versəniz öldürülməyinizə dair əmr verəcəm", deyə bildirib.

Polislərin işlərini bir-bir araşdıracağını bildirən prezident onlara sərt xəbərdarlıq edib: "Əgər belə davam etsəniz, sizi, həqiqətən öldürəcəm. Bundan sonra sizi xüsusi dəstə izləyəcək. Ən kiçik xətanız olsa öldürülməyinizə dair təlimat verəcəm".

Prezident polislərin ailələrinə də səslənib: "Bu polislər ölsələr insan haqları deyib qızmayın. Çünki mən xəbərdalığımı etdim".


67 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP