Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2018

Rusiya İdlibdən çıxmaq üçün Türkiyəyə 1 ay vaxt verdi

Suriya məsələləri üzrə ekspert Zaur Karayevin “Svobodnaya Pressa” qəzetində İdlib əyalətinin azad olunması və Türkiyənin dəstəyi ilə müxalifət qruplarından ibarət yeni ordunun yaranması ilə bağlı təhlili dərc olunub.
Zaur Karayev təhlilində bildirib ki, Dəməşq dövləti terrorçuların işğalı altında əraziləri azad etmək üçün öz qüvvələrini şimal bölgələrininin yaxınlığına topladığı bir vaxtda Türkiyə də İdlibdə öz mövqelərini möhkəmləndirir. Bu məsələ bir problemə çevrilə bilər. Ona görə də terrorçulardan başqa heç kimin ziyan görməyəcəyi bir çıxış yolu tapmaq lazımdır.
KİV-in məlumatlarına əsasən, Rusiya Suriyanın şimal ərazilərini terrorçulardan təmizləmək məqsədilə çıxış yolları aramaqdadır.
Rusiya İdlibdən çıxmaq üçün Türkiyəyə bir ay möhlət verib. Ankara təyin edilmiş bu müddətdə İdlibdən çıxmasa, Suriya və Rusiya orduları tərəfindən hücuma məruz qalacaq. Türklər də Suriya ordusu ilə qarşılaşmaq üçün silahlı qrupları birləşdirməyə səy edirlər. Araşdırmaların nəticəsinə görə, silahlı qrupları birləşdirərək 70 minlik ordu yaratmaq mümkündür.
Türkiyəli ekspert Kərəm Yıldırım da bu barədə deyib:
Rusiya və Türkiyə öz aralarında şiddətli ixtilafın yaranmasına imkan verməməlidir. Əks təqdirdə Astana iclası uğursuz olacaq. Bu iclas hamı üçün əhəmiyyətlidir və öz fəaliyyətini itirmiş Cenevrə iclasının alternativi kimi nəzərdə tutulur.


84 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP