Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2018

Rəsmi Tehran:"ABŞ neft ixracımızı dayandıra bilməyəcək"

ABŞ İranın neft ixracını dayandıra bilməyəcək.

“Reuters” xəbər verir ki, bu sözləri ABŞ-ın sanksiyalarını şərh edərkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Neft ixracımızı dayandıra bilməyəcəklər. Əgər amerikalılar bu sadə və qeyri-mümkün fikri unutmaq istəsələr, bunun nəticələrini də dərk etməlidirlər. Onlar İranın neft ixrac etməyəcəyini və başqalarının isə ixrac həyata keçirəcəyini düşünə bilməzlər”, – deyə İranın xarici işlər naziri deyib.

O, ABŞ-ın İranın neft ixracını dayandırmaq planının müvəffəqiyyətli olmayacağını söyləyib.

İran Prezidenti Həsən Ruhani isə keçən ay ABŞ-ın İranın neft ixracını dayandırmağa çalışması vəziyyətində ölkəsinin böyük neft nəqli yolu olan Hörmüz boğazını bağlaya biləcəyini bildirmişdi.


74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP