Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2018

Peskov təsdiqlədi: Tramp məktub göndərib, ancaq Putin oxumayıb

Rusiya səfər edən amerikalı senator Rand Pol ABŞ Prezidenti Donald Trampın məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Bu barədə Tvitter hesabında məlumat verən Pol Trampın məktubunu Putin rəhbərliyinə çatdırması şərəfinə nail olduğunu söyləyib:

"Məktubda terrorizmlə mübarizə, parlamentlər arasında dialoqun artırılması, mədəni əlaqələri davam etdirmək, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb".

Polun məlumatını təsdiq edən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məktubun diplomatik kanallarla çatdırıldığını, ən qısa müddətdə Putin tərəfindən oxunmasını gözlədiklərini bildirib.


76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP