Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2018

Bakıda qadın beşbarmaqla döyülərək qarət olundu

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. 1969-cu il təvəllüdlü Osmatova Nəsibə Şah İsmayıl qızı "Memar Əcəmi" metrostansiyası istiqamətində gedərkən Cavadxan küçəsi, 29 ünvanında tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs əvvəlcə qadının üz nahiyəsinə soyuq silah hesab edilən beşbarmaqla zərbə vurub. Daha sonra o, N.Osmatovanın əl çantasını götürərək hadisə yerindən qaçıb.

Ağır xəsarət alan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


63 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP