Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Maduroya sui-qəsdlə bağlı yeni məlumat

Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb.

Venesuelanın daxili işlər naziri Nestor Reverol Tvitter səhifəsində şübhəli bilinən şəxslərdən 8-nin saxlanıldığını yazıb.

Bundan əvvəl hökumət orqanları sui-qəsddə 19 nəfərin şübhəli olduğunu bildirib.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodrigesin sözlərinə görə, Nikolas Maduroya sui-qəsd zamanı yeddi qvardiyaçı yaralanıb. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi bu hadisəyə bağlılığı təkzib edib.


62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP