Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Avroliqa matçında insident: Hakimin başını yardılar - Video

Avstriyada "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

78-ci dəqiqədə yan xətt hakiminin başına tribunadan atılan şüşə qab dəyib. Nəticədə yerə sərilən laynsmanın başından qan açılıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.

"Şturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. Habelə, insidentin səbəbkarının saxlanıldığı açıqlanıb.

Qeyd edək ki, insident zamanı AEK 2:0 hesabı ilə öndə olub. Görüş 40 dəqiqə sonra bərpa edilib və elə bu hesabla da yekunlaşıb.


65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP