Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Bakıda restoranda silahlı insident: 1 ölü, 1 yaralı

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Report xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Qoşunların əməkdaşları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

***

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.


73 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP