Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Ali Dini Lider sanksiya barədə: “İranın qorxacağı bir şey yoxdur”

İranın xaricdə mədəni sahədə fəaliyyət göstərən bir qrup fəalı Ali Dini Lider Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Parstoday xəbər verir ki, Ali Dini Liderin əsərlərini nəşr etdirmə və qoruma ofisi tərəfindən verilən məlumata əsasən, bu görüşdə iştirak edən fəallardan biri açıqlamasında, xaricdə İslam inqilabı könüllülərinin gələcək üçün narahat olduqlarını çatdırıb.

Ali Dini Lider Ayətullahul-üzma Seyid Əli Xamenei də, İranın qorxacağı bir şeyin olmadığını söyləyərək, sanksiyalardan əziyyət çəkməyəcəklərini deyib.
“Bizimlə bağlı olaraq qətiyyən təşvişə ehtiyac yoxdur. Heç kim, heç nə edə bilməz. Bundan əmin olun və bu həqiqəti hər kəs könül rahatlığı ilə desin”, - deyə Ali Dini Lider, sanksiyalardan əziyyət çəkməyəcəklərini söyləyib.

Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yenidən tətbiq etmiş, müttəfiq ölkələrdən İrandan nefti almamağı tələb etmişdi.


270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.04.19, 18:28
İranda güclü qar yağıb
19.04.19, 11:23
Tramp sorğuda uduzdu
18.04.19, 08:44
AB-dən ABŞ-a şok zərbə
17.04.19, 09:32
Möcüzə edən zikr
Go to TOP