Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Amerikalı generalın İran kabusu: “İranı deyəndə, Qasım Süleymanini görəcəksiniz”

ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Cozef Votel, ötən həftə Hörmüz boğazı ətrafında onlarla manevrli katerdə İran tərəfindən həyata keçirilən dəniz təliminin, iqtisadi sanksiyalara qarşı Tehrandan ABŞ-a mesaj olaraq hazırlandığını deyib.

YDH xəbər verir ki, general Cozef Votel avqustun 8-də Pentaqon müxbirlərinə verdiyi açıqlamasında, İranın keçirdiyi təlimlə hərbi qabiliyyətlərini İnqilab Keşikçilərinin Hörmüzü bağlama təhdidlərindən sonra nümayiş etdirdiyinə diqqət çəkib.

“Bu təlimi sanksiyaların müddəti yaxınlaşanda, ABŞ-a bəzi qabiliyyətlərə malik olduqlarını eyham edən bir mesaj göndərmək üçün istifadə etməyə çalışdıqlarını bilirik. Nələr baş verdiyini də bilirik və özümüzü qorumaq üçün hazırıq”, - deyə Votel bildirib.

Votel İranın boğaz və regiondakı fəaliyyətinin əksəriyyətinin İnqilab Keşikçilərinin Qüds Qüvvələri ordusuna rəhbərlik edən general-mayor Qasım Süleymani tərəfindən idarə edildiyini söyləyib. Votel Qüds Qüvvələrini bölgədəki prinsipial təhdidləri kimi səciyyələndirərək, belə deyib: “İranı harada görürsünüzsə, orada Qasım Süleymanini də görəcəksiniz”./deyerler/


85 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP