Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2018

Qubada körpə doğuş zamanı öldü

Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

Reportun məlumatına görə, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

T.Sultnovanın qayınatası Salman Sultanov hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib:

"Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".


168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP