Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2018

Son bir ayda 10 məhkum xəstəlikdən ölüb

Məlumatda ölümlərin səbəbləri göstərilməyib

Azərbaycanda son bir ayda 10 məhkum xəstəlikdən ölüb. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Bu barədə məlumat yayan “Report” ölən məhbusların siyahısını dərc etsə də, səbəblər göstərilməyib. Ölən məhbuslar bunlardır:

1. 1974-cü il təvəllüdlü Namiq Gəray oğlu Cəlilov
2. 1957-ci il təvəllüdlü İqor Valentinoviç Vişnikov
3. 1979-cu il təvəllüdlü Vüqar Mirnizami oğlu Əhmədov
4. 1952-ci il təvəllüdlü Vaqif Firuddin oğlu Əliyev
5. 1981-ci il təvəllüdlü Bəhman Mirdamət oğlu Zeynalov
6. 1950-ci il təvəlüldlü Almaz Əli qızı Cəlilova
7. 1966-cı il təvəllüdlü Qocaəli Təvəkkül oğlu Cavadov
8. 1972-ci il təvəllüdlü Vaqif Valeh oğlu Atakişiyev
9. 1963-cü il təvəllüdlü Hikmət Oqtay oğlu Məmmədov
10. 1964-cü il təvəllüdlü Çingiz İslam oğlu Mansurov.


İllər üzrə nə qədər məhbusun həyatdan köçməsi ilə bağlı hər hansı rəsmi rəqəm yoxdur.

Beynəlxalq təşkilatların 2016-cı ilə olan məlumatına görə, Azərbaycanda ümumi məhbusların sayı 23 311 nəfərdir, bunların 3,1 % qadın məhbuslar təşkil edib. Həmin dövr üçün Azərbaycan məhbus sayına görə Avropada 12-ci, əhalinin hər 100 000 nəfərinə (bu qədər əhaliyə 239 məhbus düşür) düşən məhbus sayına 5-ci yerdə olub. Keçmiş SSRİ-də məhbus sayına görə 7-ci, əhalinin hər 100 000 nəfər sayına görə 3-cü yerdədir.

2014-2015-ci illərdə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsxanalardakı vəziyyətlə bağlı hesabatlar yayıb. Alyansın 2014-cü ildə yaydığı hesabatda məhbsularların saxlanma şəraiti, dustaqların hüquqları, korrupsiya, işgəncə, həbs yerlərində ölüm halları barədə məlumatlar yer alıb.

Bildirilib ki, Azərbaycan həbsxanalarında yalnız işgəncə nəticəsində ən azı 4 ölüm faktı qeydə alınıb. İşgəncə nəticəsində qeydə alının ən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad Babayev adlı məhkumun ölümü olub:

“Məhkuma işgəncə verən müəssisənin rejim şöbəsi rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli İbrahimov vardı. Bütün bunlar 5 manat dərdi idi” - deyə şahid bildirir.

“Məhkum ondan tələb edilən məbləği rəis Əli İbrahimova çatdırmamışdı, bu isə ölümə bərabər haldır. Nəticəsi göz qabağında. Lakin bütün bunlara baxmayaraq E.Babayevin ölümü ətrafında başlanan cinayət işi az sonra bağlanılıb və ekspertiza ölüm səbəbini “ürək çatışmazlığı” kimi qiymətləndirib.

Məhkum ölümünün üzərindən Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimova növbədənkənar polkovnik rütbəsi veriblər. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib”.

Hazırda həbsxanalarda xəstəlikdən əziyyət çəkən, ölüm təhlükəsi ilə üz-üzə olan məhbuslar haqda məlumatlar var.


185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.18, 19:30
Sabaha olan hava proqnozu
Go to TOP