Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2018

Trampın masasından oğurlanan məktub yayımlandı

ABŞ Prezidenti Donald Trampın keçmiş sözçüsü Heri Conun Oval ofisdən oğurladığı məktub yayımlanıb.

Amerikalı məşhur jurnalist Bob Vudvordun Tramp barədə yazdığı kitabda bəhs edilən məktubu Conun Cənubi Koreya ilə mühüm ticarət müqaviləsinin ləğvini nəzərdə tutan bir layihənin imzalanmasının qarşısını almaq üçün oğurladığı bildirilib.

5 sentyabr 2017-ci il tarixli məktubda ABŞ ilə Cənubi Koreya arasında azad ticarət müqaviləsinin birincilərin maraqlarına uyğun olmadığı və bu səbəbdən müqavilənin ləğv ediləcəyi bildirilir. Con məktubla bağlı açıqlamasında bunları deyib:

"Məktubu Trampın masasından oğurladım. Onun görməsinə icazə verə bilməzdim. O sənədi heç vaxt görməyəcək. Ölkəni qorumaq məcburiyyətində idim".

Bundan başqa, Ağ Ev rəsmilərinin məktubun Tramp tərəfindən imzalanması halında ABŞ-ın çox gizli olan və Şimali Koreyanın mümkün nüvə raketi atmasını yeddi saniyə ərzində xəbər verən bir proqramı təhlükəyə salacağından narahat olduqları iddia edilib.


178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.18, 19:30
Sabaha olan hava proqnozu
Go to TOP