Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2018

Rusiya üzərində məscid əksi olan gümüş pul buraxdı –Gözlənilməz -FOTOLAR

Rusiya Mərkəzi Bankı qiymətli və qeyri-qiymətli metallardan hazırlanmış beş yeni xatirə sikkəsi buraxıb.

Yeni pulların arasında Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş üç rubl dəyərində gümüş sikkə də var.

Xatirə yubiley sikkəsinin sayı cəmi 2 min ədəddir. Pulun arxa tərəfində "Qroznı-Siti" göydələnlər kompleksinin fonunda "Çeçenistanın ürəyi" məscidi əks olunub.
Xatırladaq ki, 5 oktyabr 2018-ci ildə Çeçenistan paytaxtının 200 illik yubileyi qeyd ediləcək. Bayram dövlət səviyyəsində keçiriləcək. Bu barədə fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Qeyd edək ki, 2016-cı ildə Rusiya Mərkəzi Bankı üzərində Osmanlı dövrünə məxsus məscidin təsviri olan xatirə sikkəsi da buraxıb. Gümüş pulun arxa tərəfində Memar Sinan tərəfindən tikilmiş Kezlevdə yerləşən Xan Cami (Cümə Cami) müsəlman ibadətgahı əks olunub.


92 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP