Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2018

İran: Türkiyə və Rusiya ilə dollardan imtina etdik

Rusiya, İran və Türkiyə milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər.

Bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti verib. O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq:

"Tehran zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə neft, qaz və əsas məhsulların mübadiləsi ilə bank məsələsində razılıq əldə edilib. Ticarət əlaqələrində 3 ölkə də dollardan imtina edilməsində həmfikirdir. Ölkələr təyin edilən məzənnə üzərində milli valyutaları ilə ticarət edəcək".


69 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP