Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2018

Kim Çen In Rusiyaya səfər edəcək

Şimali Koreya lideri Kim Çen In ilin sonuna qədər Rusiyaya səfər edəcək. Bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.

Onun sözlərinə görə, səfər barədə tərəflər arasında razılıq əldə olunub. Matviyenko səfərin tarixi barədə isə məlumat verməyib.

Qeyd edək ki, 2011-ci ildə Ş.Koreya rəhbərliyinə gələn Kim Çen In ilk xarici səfərini bu il Çinə etmişdi.

Ardınca isə Cənubi Koreyaya səfər etmiş, sonra Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşmüşdü.


179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP