Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2018

Seyid Həsən Nəsrullah ABŞ-ın yeni hiyləgər planından danışdı

Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah məhərrəm ayının gəlişi münasibətilə keçirilən tədbirdə çıxış edərək gündəlikdəki məsələləri qiymətləndirib.

Mehr xəbər verir ki, Seyid Həsən Nəsrullah çıxışında ABŞ-ın İsrail rejiminin əməkdaşlığı ilə bölgədə planlaşdırdığı layihələrə toxunub: “Onlar “33 günlük Livan müharibəsi” ilə Suriyadakı fitnələrinin məğlubiyyətə düçar olduqdan sonra müharibəni İran ərazisinə daşıyaraq, ölkədə gərginlik yaratmaq istədilər”.

ABŞ ilə İsrail rejiminin layihəsini şiələrə qarşı soyqırım kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, 2003-cü ildən etibarən İraqda təşkil olunan bombalı hücumlara toxunaraq, belə danışıb: “Bu layihə ilə birlikdə şiə-sünni müharibəsi layihəsi də məğlubiyyətə düçar oldu”.

Hizbullahın lideri çıxışının belə davam etdirib: “İndi ABŞ, İsrail rejimi və onların regiondakı kuklaları, xüsusilə Səudiyyə Ərəbistanı Tehrana qarşı diqqət cəmləşdirərək, müharibəni İran torpaqlarına daşınması məsələsində ortaq fikrə gəliblər. Bu səbəblə sanksiyalara müraciət ediblər. İranı təkləyib, xalqı dövlətdən soyudaraq, ölkədə gərginlik yaratmağa çalışdılar. Bundan başqa, İran, İraq və Livan xalqları arasında fitnə çıxarmaq istədilər”./deyerler/


99 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP