Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2018

Klintseviç: Suriya hökumət qoşunlarına xlorindən istifadə etmək zərurəti yoxdur

ABŞ-ın Suriyadakı rus qüvvələrinə zərbə endirmək ehtimalını dəyərləndirdiyini düşünmürəm. Belə bir addımın nəticələri gözlənilməz ola bilər. Rusiya hadisələrin istənilən formada inkişafına hazırdır.

Bu sözləri Rusiya Federasiya Şurasının senatoru Frans Klintseviç deyib.

“Növbəti saxta məlumatdan söhbət getdiyinə demək olar ki, şübhə etmirəm. Çox güman ki, nəşr müəyyən bir sifarişi yerinə yetirərək vəziyyəti daha da kəskinləşdirməyə çalışır. ABŞ kimi supergücün prezidenti anlamalıdır ki, Suriyadakı rus qüvvələrinə zərbə endirməyin gözlənilməz nəticələri ola bilər. İdlib bölgəsini yaraqlılardan təmizləmək üçün Suriya hökumət qoşunlarına xlorindən istifadə etmək zərurəti yoxdur. Oradakı yaraqlılar sıxışdırılıblar. Onların vaxtının bir gün tez və ya bir gün gec bitməsinin heç bir fərqi yoxdur”, - senator bildirib.


215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.18, 19:30
Sabaha olan hava proqnozu
Go to TOP