Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2018

Bu hücumu kimin təşkil etdiyini bilirik - İran

İran İslam İnqilabı Keşikçiləri Korpusu ötən həftə Bəsrədə yerləşən ABŞ Konsulluğuna edilən hücumun arxasında dayanan qüvvələrin kimliyini bildiyini və ən qısa zamanda hadisənin detallarını ictimaiyyətə təqdim edəcəyini açıqlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyindəki Məhəmməd Rəsulullah dəstələrinin komandanı polkovnik Məhəmməd Rza Yəzdi danışıb.

Bəsrədə baş verən hadisənin İraq və İran xalqları arasındakı mənəvi, tarixi və regional bağları zədələmədiyini qeyd edən Yəzdi hücumu kimlərin planladığını bildiyini, İraq və İran xalqlarının bu hadisənin təfərrüatlarını yaxın vaxtlarda öyrənəcəyini söyləyib.

Xatırladaq ki, İraqın Bəsrədəki hava limanına naməlum şəxslər tərəfindən mərmi atılıb. Hava limanıyla bərabər, ABŞ Konsulluğuna da mərmi atılıb. Hücum nəticəsində heç kimin xəsarət almadığı bildirilib.


192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.18, 19:30
Sabaha olan hava proqnozu
Go to TOP