Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2018

“Ana-bacılarınızın fahişəxanada işləməsinə razı olacaqsınızmı?..” -Fikir savaşı

İlin-günün bu vaxtında- Məhərrəmlik ayında, Qarabağda, Ermənistanda əsir torpaqlarımız, əsir qız-gəlinlərimiz inləyərkən ortalığa atılan mövzuya baxın: “Azərbaycanda fahişəlik leqallaşdırılsınmı?..”
***
Azərbaycana guya canı yanan bəziləri təklif edir ki, bəli, leqallaşdırılsın... Guya başqa yol yoxdur... Ölkədə “SPİD”-filan baş alıb gedəcək... Ərəb bloger yazıb ki, Azərbaycana gəlmiş 8 min ərəb “SPİD”-ə yoluxub... Biabırçılıqdı!..
***
Biabırçılıq ondan başladı ki, ölkədə hələ dermokrat Qorbaçovun “yenidənqurma” illərində video-salonlarda “azadlığın, dermokratiyanın nümunəsi kimi” biabırçı filmlərə baxılmasına şərait yaratdıq... Biabırçılıq onda başladı ki, müstəqillik illərində Azərbaycanın sərhədlərini açıb müsəlman-türk dünyasının, az qala, hər dəlmə-deşiyini soran dələduz Sorosların “Açıx cəmiyyət”lərini Vətənimizə buraxdıq...
***
Biabırçılıq onda başladı ki, Azadlıq meydanında ingilislərin “Condoms of Benetton” prezervativ reklamını ucaldıb küçələrdə də oğlan- qızlara “təhlükəsiz əlaqə” üçün, üzr istəyirəm, “qandun” payladıq....
***
Biabırçılıq onda başladı ki, lütlənib teleekranlarda, qəzetlərdə uşaqlara, yeniyetmələrə fahişəliyi açıq-açığına təlqin edənlərə, telekanallarda perezervativ şirkətinin reklamını aparanlara, Azərbaycan bayrağına bürünüb xalqa arxasını göstərənlərə “xalq artisti” adı verdik...
***
Biabırçılıq onda başladı ki, homoseksuallığı, fahişəliyi cinayət hesab etmədik. Əksinə, bu anti-bəşəri əməlləri icra edənlərin başını tumarlayıb hər yerdə onlara meydan verdik...
***
Biabırçılıq onda başladı ki, fahişə qadınları tutub, 100 manat cərimə edib, “vergisini” alıb, buraxdıq... Dubaya qız-gəlin daşıyan “mama Rozalar”dan, “papa Roza”lardan rüşvət alıb işlərində xeyir-dua dilədik...
***
Bəli, indi də artıq yeni qazanc mənbəyi üçün hərtərəfli münbit şərait yaranıb; mason-filanların, Böyük Britaniya imperiyasının hələ XVIII əsrdən İslam, türk dünyasını, Osmanlı dövlətini parçalamaq, məhv etmək üçün tərtib etdiyi planın önəmli maddələrindən birini həyata keçirmişik – ölkədə fahişəlik, zinakarlıq vüsət alıb, çiçək açıb...
***
Bu gün artıq o qədər modernləşmişik ki, Avropada, Amerikadakı kimi maaşları qaldırmasaq da, qanunların işləməsinə şərait yaratmasaq da, Azərbaycanda da müsəlman, türk, talış, kürd, ləzgi, tat və s. qadınları üçün yeni iş yerləri açdırırıq: fahişəxana!...
***
Bu o deməkdir ki, hansı qadın, qız-gəlin dolana bilmirsə, ərsizdirsə, yetimdirsə, yaxud ərinin qazancı azdırsa, işsizdirsə, gedib utanmadan, rahat şəkildə qanunla, dövlətə vergi ödəməklə rəsmən pritonlarda, yəni fahişəxanalarda işləyib, yəni fahişəlik edib, bədənini satıb “yaxşı” qazanc əldə edə bilər...
***
Ey fahişəliyin leqallaşdırılmasını təklif edənlər, Azərbaycanın özünü müsəlman hesab edən əsl kişisi hər bir müsəlman, azərbaycanlı qadının namusu, qeyrətini özününkü hesab edir, öz ana-bacısının, namus-qeyrətini qoruduğu kimi digərlərinin də namusunu qorumağa hazırdır...
Siz öz ana-bacılarınızın, qız gəlinlərinizin fahişəxanada işləməsinə razı olarsınızmı? Siz büdcəsinə fahişəxana gəliri axan bir dövlətdə yaşamaq istəyirsinizmi?..
***
***
Niyə öncədən İslamın qaydalarına əməl edib fahişəliyi təbliğ etməkdən uzaq durmadıq, bunu edənləri cəzalandırmadıq? Niyə kişilərə 50 məşuqə saxlamaq yerinə 4 arvad saxlamağa icazə vermədik? Ona görə ki, çoxarvadlılıqdan yerli və transmilli mafiyaların büdcəsinə qazanc axmır... Ona görə ki, çoxarvadlılıq insan alverinə, fahişə biznesinə mane olur... Ona görə ki, çoxarvadlılıq milli əxlaqı, mənəviyyatı qoruyur, qadınların küçələrə düşüb iş axtarmasına mane olur...
***
Bəziləri dərhal başlayacaq ki, əşşi, guya müsəlman ölkələrində fahişəlik yoxdur...
***
Əvvəla, ayrılıqda heç bir ölkə bizim üçün müsəlmançılıq nümunəsi olmamalıdır. Bizim üçün nümunə Qurandır, Peyğəmbərimizin (s), əhli-beytimizin həyatıdır, sünnəsidir, hədisləridir... İkincisi də, adı çəkilən və digər müsəlman ölkələrinin heç birində sənət adamları bizdəki kimi əxlaqsızlığı, fahişəliyi açıq-açığına təbliğ etmirlər...
***
Bir də ki, Azərbaycanı fahişəxanaya dndərməyə çalışan “papa roza”ları da, “mama roza”ları müvafiq orqanlar yaxşı tanıyır; onlar həbs edilib qurduqları şəbəkələr zərərsizləşdirilərsə, ölkədə barmaqla sayılası fahişə qalar ki, onlar da məcbur olub xaricə qaçar...
***
Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın Qiyamətin yaxınlaşması əlamətlərindən bəhs edən hədislərindən birində deyilir ki, Qiyamət yaxınlaşanda qadın fahişəliklə pul qazanacaq, onun əri hesab olunan kişi isə bunun qətiyyən fərqinə varmadan fahişə arvadının gətirdiyi çörəyi yeyəcək... Dermokratik Avropada, Amerikada çoxdan belədir. Artıq biz də sürətlə avropalaşırıq, modernləşirik... Allah hələ sonumuzdan saxlasın!..

Sultan Laçın/moderator


92 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP