Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2018

Şəmkirdə 36 yaşlı kişini qatar vuraraq öldürüb

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

Reportun verdiyi məlumata görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib.

Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.


202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP