Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2018

Tramp Con Kerrini İran casusu adlandırdı

ABŞ Prezidenti Donald Tramp keçmiş Dövlət katibi Con Kerrini öz Tvitter səhifəsində kəskin tənqid edib.

Tramp Kerrinin xarici agent kimi qeydiyyatdan keçməli olduğunu deyib.

“Con Kerri düşmən İran rejimi ilə qeyri-qanuni görüşlər keçirib. Bu, sadəcə, bizim möhtəşəm işimizə, ABŞ xalqına ziyan vura bilər. O, iranlılara deyib ki, Tramp administrasiyası işini bitirənə qədər gözləyin. Maraqlıdır o, xarici agent qeydiyyatı haqqında qanuna uyğun olaraq qeydiyyatdan keçib?”, - o bildirib.

Qeyd edək ki, Kerri 2018-ci ildə bir neçə dəfə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.


207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP